GÜRCÜSTAN VƏTƏNDAŞLIĞININ BƏRPASI MƏSƏLƏSİ İLƏ BAĞLI MÜRACİƏT MÜDDƏTİ İKİ İL UZADILIR

Gürcüstan vətəndaşlığının bərpası məsələsi ilə bağlı müraciət müddəti iki il uzadılır. Təşəbbüskarları Beka Odişaria, Mixeil Sarcveladze, Aluda Ğuduşauri, Qivi Chichinadzenin olduğu müvafiq dəyişikliklər “Vətəndaşlıq haqqında” qanuna daxil edilir.

Qanun layihəsinə əsasən, Gürcüstanın keçmiş vətəndaşları, eləcə də başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə Gürcüstan vətəndaşlığının itirilməsi ilə bağlı 2018-ci ilin avqustun 15-dək barəsində qərar qəbul edilməyən vətəndaşlar üçün Gürcüstan vətəndaşlığının bərpası və ya qorunub saxlanması tələbilə müraciətin müvəqqəti səlahiyyət müddəti 2022-ci ilin dekabrın 31-dən 2024-cü ilin dekabrın 31-ə qədər uzadılacaq.

Bununla yanaşı, qanun layihəsi ilə 1993-cü ildən əvvəl anadan olmuş şəxs üçün Gürcüstan vətəndaşlığının müəyyən edilməsi şərtlərini və vətəndaşlığın verilməsinin xüsusi qaydasını müəyyən edən qanunun maddələrinin qüvvədə olma müddətinin 2022-ci ilin dekabrın 31-dən 2024-cü ilin dekabrın 31-dək uzadılması müəyyən ediləcək. Deputatlar bildiriblər ki, 2018-ci ildə Gürcüstan vətəndaşlığının bərpası üçün 1935, 2019-cu ildə isə 2044 sabiq Gürcüstan vətəndaşı agentliyə müraciət edib.

Gürcüstan vətəndaşlığının müvəqqəti saxlanılması hüququndan isə 2018-ci ildə 3120, 2019-cu ildə isə 7234 vətəndaş faydalanıb. Onlar 2020-ci ildə Gürcüstan vətəndaşlığının bərpası üçün Agentliyə Gürcüstanın 1217 keçmiş vətəndaşının, 3186 Gürcüstan vətəndaşının isə Gürcüstan vətəndaşlığının saxlanılması üçün müraciət etdiyini açıqlayırlar./1tv.ge