Bu gün, Gürcüstan prezidenti Salome Zurabişivili müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini Prezident iqamətgahında qonaq edib.
Görüşdə çıxış edən dövlət başçısı öncə qarşıdan gələn yeni il münasbəti ilə təbrik və xoş arzularını çatdırıb. Sonra dini icma rəhbərlərinə ümumbəşəri vətəndaş barışığı ilə bağlı təşəbbüsünü təqdim edib. Arzu edib ki, yeni ilimiz ölkəmiz üçün olduqca önəmli olan milli birlik və vətəndaş həmrəyliyi ili olmaqla yadda qalsın.
Görüşdə Müsəlman icması tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Qərb üzrə müftisi Hacı Adəm Şantadze və İdarənin əməkdaşı Oktay İsayev iştirak edib.
Görüş sonrası xatirə fotoları çəkilib, dini icma nümayəndələri prezidentlə söhbət edib, fikirlərini bölüşüblər.