Bu gün Ramazan bayramı ilə əlaqədar Gürcüstanın soydaşlarımız yaşayan regionlardakı məscidlərdə bayram namazı qılınıb.
Şida Kartli, Mtsexta Mtianeti, Kaxeti və Kvemo Kartli bölgələrinin rayon və kəndlərindəki məscidlərdə inanclı müsəlmanlar namaz qılıb, ölkə və dünyamız üşün dualar edib, Allahdan bağışlanmalarını diləyiblər.
Tbilisi Cümə Məscidi ilə yanaşı paytaxtın digər 3 məscidində də bayram namazı eyni vaxtda əda edilib.
Allah bütün müsəlmanların bayramını mübarək, dua və ibadətlərini qəbul etsin. Amin!
+(Bir neçə məsciddəki bayram namazlarından görüntülər).