Gürcüstan Aİ-yə üzv olmaq üçün zəruri ilkin şərtlərə malik deyil - Fransa XİN

Gürcüstan Aİ-yə üzv olmaq üçün zəruri ilkin şərtlərə malik deyil – Fransa XİN

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa İttifaqının (Aİ) Gürcüstana təşkilata üzv olmaq üçün namizəd statusunun verilməsindən imtina etməsi zəruri ilkin şərtlərin olmaması ilə bağlıdır.

Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatın beynəlxalq məsələlər, müdafiə komissiyasının iclasında ona ünvanlanan suala cavabında bildirib.

“Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana namizəd statusunun verilməsinə yanaşmalardakı fərq Avropa Komissiyasının rəyi ilə izah olunur”, – Kolonna deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası belə qənaətə gəlib ki, Gürcüstanda iqtisadi, islahatlar, eləcə də qanunun aliliyi ilə bağlı vəziyyət Ukrayna və Moldovada olduğu kimi deyil. Bu isə hazırda ona namizəd statusunun verilməsinə imkan vermir.

Eyni zamanda nazir Gürcüstanın Avropa perspektivinə malik ölkə kimi tanındığını vurğulayıb.