Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq

Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə böyüdü və hələ də böyüməkdə davam edir. NASA-nın verdiyi məlumata əsasən Günəş səthində əmələ gəlmiş ləkə Yer kürəsinə tərəf istiqamətlənib və o, sinifinə daxil olan partlayışlardan ən güclüsünü reallaşdıra bilər. NASA yaxın günlərdə Günəş səthində ən güclü partlayışlardan birinin olacağını gözləyir. M sinifinə daxil olan partlayışlar X sinifinə daxil olan partlayışlardan sonra ən güclü partlayışlardır. Proqnozlaşdırıla bilən bu partlayışa 9 nümrə verilib. Bu isə o deməkdir ki, o öz sinifinin ən güclü partlayışıdır. Günəş səthində baş verən partlayışlar 5 sinifə bölünür: A, B, C, M və X. Hər bir sinif bir-birindən elektromaqnit şüalanma gücünə görə fərqlənir. Məsələn A sinifinə daxil olan partlayış X sinifinə daxil olan partlayışdan 50 dəfə daha zəifdir.

    Lakin əgər partlayışa M9 adı verilirsə, bu o deməkdir ki, o, X sinifinə daxil olan partlayışlar kimi güclüdür. Yeni güclü partlayış Günəş səthində yaranmış AR3038 adlı yeni ləkə tərəfindən reallaşdırılmalıdır. Sözügedən ləkənin ölçüsü diqqət çəkəcək dərəcədə böyüyüb və hələ də böyüməkdə davam edir. Həmin ləkənin Yer kürəsinə tərəf istiqamətləndiyini nəzərə alsaq, baş verəcək partlayış nəticəsində yaranacaq elektromaqnit şüalanması dəqiq şəkildə Yer kürəsinə çatacaq. Sözügedən ləkələr Günəşin çox güclü maqnit sahələrinə sahib regionlarında əmələ gəlirlər. Ləkələrdən çıxa biləcək hissəciklər axını Yer kürəsinə çatdığı zaman o, radio rabitəsində və GPS sistemlərində nasazlıqların baş verməsinə səbəb olur.

Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq

    NASA-nın verdiyi məlumata əsasən hətta bu yeni ləkə tərəfindən baş verəcək partlayış nəticəsində yaranacaq elektromaqnit şüalanması Yer kürəsinə çatsa da, o, sadəcə olaraq naviqasiya və şəbəkə təchizatlarında qısamüddətli nasazlıqlar yarada bilər. Lakin əgər bu partlayış nəhəng plazma axınlarının ifrazı ilə birlikdə baş versə, bu, Yer kürəsinin orbitində olan peyklərin sıradan çıxmalarına səbəb ola bilər. Yer kürəsinin özündə isə bu cür hadisə elektrik şəbəkələrinin zədələnmələrinə və müxtəlif elektron cihazların sıradan çıxmasına gətirib çıxardacaq. Günəş aktivliyinin bu cür artma səbəbi ondadır ki, o öz maksimumuna yaxındır. Söhbət, 11 illik Günəş dövründəki perioddan gedir. 11 illik Günəş dövrü çərçivəsində onun səthində daha çox ləkə əmələ gəlir və nəticədə partlayışların sayı artır./technote