Güclü GÜNƏŞ FIRTINASI olacaq: 1859-cu ildə Yer kürəsini iflic etmişdi

Güclü GÜNƏŞ FIRTINASI olacaq: 1859-cu ildə Yer kürəsini iflic etmişdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Güclü Günəş fırtınasının planetimizə təsir edəcəyi gözlənilir.

Fırtına xüsusilə elektrik şəbəkələrinə təsir edəcək.

Günəş alovları və tac kütləsi atışları meydana gəldikdə elektrik keçirici plazmanın şiddətli partlaması baş verir.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) gözlənilən fırtınanı “G2” kimi dərəcələndirib. Yəni fırtına gücünün orta dərəcədə olacağı bildirilir.

Qeyd edək ki, dünyaya təsir edən ən böyük Günəş fırtınası 1859-cu ildə müşahidə olunub. Həmin il baş verən bu fırtına planetimizdə ciddi elektromaqnit problemlərin yaranmasına səbəb olaraq, Yer kürəsini iflic edib. R. Ç. Karrinqton tərəfindən müşahidə olunan bu hadisəyə “Karrinqton SuperFlam” da deyilir.

Digər mülayim günəş fırtınaları isə 1958, 1989 və 2000-ci illərdə olub./haberglobal