“GOOGLE” 2022-Cİ İLİN ƏN POPULYAR AXTARIŞ SORĞULARINI AÇIQLADI

“Google” cari il üçün ən populyar sorğuların siyahısını təqdim edib. Siyahı kateqoriyalara bölünüb.

2022-ci ildə “Google”da ən çox axtarılan xəbərlər Ukrayna və Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı olub.

Bununla belə, “Wordle” oyunu ümumi axtarışlara görə birinci yeri qazanıb.

Xəbərlər kateqoriyasında seçkilərin nəticələri ilə bağlı sorğular, Amerika lotereyası və meymunçiçəyi haqqında məlumatlar populyar olub.

“İnsanlar” siyahısında ən çox axtarılan aktyorlar Conni Depp, Uill Smit və Ember Hörddür.

Mənbə: m24.ru