Fransız futbol ulduzu və İtaliyanın “Yuventus” klubunun futbolçusu Pol Poqba televiziyaya verdiyi müsahibədə İslamı qəbul etməsinin səbəbi və İslamı qəbul etməsinin həyatına təsiri ilə bağlı açıqlamalar verib.
Poqba “Al Jazeera Generation Sport”-a verdiyi müsahibədə İslamı qəbul etdikdən sonra şəxsiyyətindəki dramatik dəyişikliklərdən danışıb və qeyd edib: “O, qəddar futbol oynamaqdan və amansız azarkeşlər kimi təsvir etdiyi şeylərdən uzaqlaşdığını bildirib”.
Bu fransalı futbolçu İslamı qəbul etməsinin səbəbini belə deyib: “Bir dəfə namaz qıldım və o vaxt bədənim özünü tapmış kimi ürəyim əridi və öz-özümə dedim ki, bu mənim dinimdir. Müsəlman dostlarımla çoxlu görüşlərdən sonra bu əqidəyə gəldim”.
Poqba qeyd edib ki, müsəlman dostları ona əxlaqı, həyat tərzi və mənəvi təcrübələri ilə təsir edib.
Futbol dünyasının bu fransız ulduzu vurğuladı: “Allaha itaət edəndə həmişə qalib gəlirəm. İslamdan əvvəl həyatım tamamilə futbolla bağlı idi, amma bundan sonra mənim qələbə və məğlubiyyət anlayışım dəyişdi”./iqna