Fransada məscid beş aydan sonra yenidən açılıb

Fransada məscid beş aydan sonra yenidən açılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fransanın şimalındakı Beauvais şəhərindəki məscid beş ay əvvəl Fransa daxili işlər naziri Cerald Darmenin məscidin fransız dəyərlərinə zidd olan ekstremist moizələr üçün istifadə edildiyini iddia etməsindən sonra bağlanıb.

Lakin indi Fransanın şimalındakı Amiens rayonunun inzibati məhkəməsinin rəhbəri məscidin müvəqqəti olaraq yenidən açılmasına göstəriş verib. Onun sözlərinə görə, məscidin imamı vəzifəsindən azad edilib və sosial şəbəkələrdə məscid xütbələrinin dərci dayandırılıb və məscidin iş üsulu islah edilib.

Qeyd edək ki, Fransa paytaxtından 100 km şimalda yerləşən Beauvais şəhərindəki 50 min nəfərlik məsciddə hər gün 400-dən çox insan namaz qılırdı./iqna