Fransada ekstremistlər bir məscidi yandırıblar

Fransada ekstremistlər bir məscidi yandırıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Fransanın şimal-şərqində yerləşən Metz şəhərində Türk-İslam Birliyi (DİTİB) tərəfindən idarə olunan məscid mayın 6-da cümə günü səhər saatlarında yandırılıb.

Naməlum şəxslər tərəfindən məscidin divarlarına üç molotov kokteyli atılaraq yandırıldıqdan sonra məscidə xeyli ziyan dəyib.

Metz Mərkəzi Məscid Dərnəyinin sədri Əli Durak Anadolu Xəbər Agentliyinə hücumun səhər saatlarında baş verdiyini bildirib. O, məscidin pəncərələrinə “Molotov kokteyli” atıldığına işarə edərək deyib: “Məscidin çöl hissəsinə ciddi ziyan dəyib və pəncərələri yanıb, lakin məscid son anda tam yanmaqdan xilas edilib./iqna