Əfqanıstanda şiələrin məscidində partlayış törədilib

Əfqanıstanda şiələrin məscidində partlayış törədilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış törədilib.

Partlayışın Kunduz əyalətinin Xan Abad bölgəsində şiələrin cümə namazı qıldığı “Seyid Abad” məscidində baş verdiyi bildirilir.

İlkin məlumata görə, partlayış məscidin içərisində intiharçı terrorçu tərəfindən törədilib.
Partlayış nəticəsində 60 nəfərin şəhid olduğu, 200 -dən çox insanın yaralandığı bildirilib.
Hadisəni İŞİD terror qruplaşmasının qollarından birinin həyata keçirdiyi ehtimal edilir./iqna