Əfqanıstanın Qəndəhar vilayətindəki böyük məscidlərdən birində partlayş törədilib.
Məlumata əsasən, partlayış şiə müsəlmanların məscidində törədilib. Terror aktı nəticəsində azı 62 nəfərin həyatını itərərək şəhid olduğu, 68-dən çox yaralının olduğu bildirilir.
Hadisənin təfərrüatı barədə hələlik açıqlama verilmir.
Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı Seyid-Abad məscidində partlayış törədilmişdi. Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. /iqna