Farer adalarının sahilində 1400-dən çox delfin bıçaqlarla öldürüldü (Foto-Video)

Farer adalarının sahilində 1400-dən çox delfin bıçaqlarla öldürüldü (Foto-Video)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Danimarkanın Farer Adalarında 1400 -dən çox yunus balığı ovlanaraq öldürüldü.

Oxuinfo.com xəbər verir ki, hadisə Atlantik Okeanının şimalındakı arxipelaqın ən böyük fiyortunda baş verib.

Sahilə qayıqla çıxarılan delfin sürüsü bıçaqla kəsilərək öldürüldü. Skalabotnur sahil suları qan gölünə çevrildi.

Öldürülən delfinlər sahilə çıxarılıb və burada yemək üçün gözləyənlərə paylanılıb.

18 adadan ibarət olan Farer’də balina və ya yunus ovu ilk dəfə deyildi.

Ancaq rekord olduğu bildirilən ov, hətta ada camaatı arasında da etiraza səbəb oldu.

Farer Balina Təşkilatının rəhbəri Olavur Sjurdarberg, baş verənlərin böyük bir səhv olduğunu söylədi və “Sürü aşkar edildikdə içərisində 200 delfin olduğu təxmin edildi” dedi.

Lakin qətliam sayılan ov səbəbiylə istintaq açılmayacaq. Yerli hakimiyyət orqanları qanunsuzluğun olmadığını izah edir. Farer adalarında bu növ ovçuluğa icazə verilir.

Müəllif: Ramil Qəhrəmanov