“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Facebook” və “Instagram”ın uşaqlara zərər vurduğu üçün tətbiqlərin sahibi olan “Meta” korporasiyasına qarşı ABŞ-da səkkiz məhkəmə iddiası qaldırılıb. İddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.

Zərərçəkmişlər sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bundan əlavə, iddiaçıların fikrincə, “Facebook” və “Instagram” azyaşlıları qida pozulması, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxmağa təşviq edir.

Bütün səkkiz işə baxan “Beasley Allen” hüquq firmasının vəkili Endi Barçfild qeyd edib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-dakı mövcud psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.

Mənbə: gazeta.ru