Facebook əsas hesaba 4 əlavə hesabı birləşdirməyə icazə verəcək

Facebook əsas hesaba 4 əlavə hesabı birləşdirməyə icazə verəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Meta şirkəti Facebook-da istifadəçilərə bir neçə istifadəçi hesabına sahib olmağa imkan verəcək yeni funksiya üzərində çalışır. Kommunikasiya platformaları arasında olan ciddi rəqabətin fonunda Meta şirkəti Facebook istifadəçilərini öz platformasında daha uzun müddət ərzində saxlamaq yolunda müxtəlif üsullar fikirləşməyə davam edir. Hazırlanan yeni funksiyanın testində iştirak edəcək istifadəçilər öz əsas hesablarına bağlı olacaq 4 əlavə istifadəçi hesabı yarada biləcəklər. Güman olunur ki, istifadəçi hesablarını müxtəlif məqsədlər üçün istifadə etmək mümkün olacaq. Məsələn birinci hesabı yalnız dostlarla ünsiyyət, ikinci hesabı yalnız iş əməkdaşları ilə ünsiyyət, digərlərini isə müxtəlif qruplar və bloggerlərin izlənməsi üçün istifadə etmək olacaq. İstifadəçi öz növbəsində istədiyi zaman bir neçə kliklə lazımi istifadəçi hesabına keçidi reallaşdıra biləcək.

    Facebook-un mətbuat katibi Leonard Lam bildirib ki, Facebook-un siyasəti bütün hesabları əhatə edir və bir istifadəçi hesabında baş verəcək qayda pozuntuları həmçinin istifadəçinin əsas hesabını da əhatə edəcək. Məlumata əsasən bu öz növbəsində Facebook daxilində bir neçə hesabdan sui-istifadə hallarının qarşısını alacaq. Əgər kimsə öz əlavə istifadəçi hesabından istifadə edərək daimi şəkildə Facebook qaydalarını pozsa, sosial şəbəkənin sistemi qayda pozuntularının olduğu profili təyin edəcək və uyğun tədbirlər görüləcək. Məsələn istifadəçinin təkcə əlavə hesabı və ya əsas hesabı da daxil olmaqla bütün hesabları silinə bilər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, əlavə istifadəçi hesablarını yaradan şəxslər həmin hesablarda öz əsl adlarını məcburi şəkildə qeyd etməyə bilərlər. Lakin əlavə hesablar üçün seçilən adlar mütləq şəkildə Facebook qaydalarını pozmamalı, və rəqəmlər ilə xüsusi simvollardan ibarət olmamalıdırlar./technote