Elon Musk Twitter-in ənənəvi loqosundan imtina edərək onu “X” simvolu ilə əvəzləməsinin səbəbini açıqlayıb. Musk-ın sözlərinə əsasən bu qərarın arxasında sosial şəbəkəni insanlar arasında ünsiyyət və maliyyə tranzaksiyalarının idarə edilməsi platformasına çevirmək ideyası dayanır.
“Twitter öz növbəsində X Corp. şirkəti tərəfindən əldə edildi. Bu, hər şey üçün nəzərdə tutulmuş X adlı tətbiqin formalaşdırılması yolunda atılmış ilk addım idi. Bu, adını dəyişərək eyni fəaliyyəti göstərən bir şirkət deyil. Twitter adı platformanın 140 simvolluq tweet-lərin paylaşılması imkanını verdiyi zamanlarda məntiqli idi. Lakin indi bu platformada uzun xronometraja sahib videolar da daxil olmaqla demək olar hər bir şeyi paylaşmaq mümkündür. Yaxın aylar ərzində biz, platformaya hərtərəfli ünsiyyət imkanlarını və sizə öz maliyyə imkanlarınızı idarə etməyə yardımçı olacaq funksiyaları istifadəyə verəcəyik. Məhz bu səbəbdən Twitter adı öz mənasını itirir. Buna görə də biz artıq bu brend ilə sağollaşmalıyıq” – deyə Musk qeyd edib./technote