Elektromobillərlə bağlı radikal qərar

Elektromobillərlə bağlı radikal qərar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa İttifaqı (Aİ) 2035-ci ildən yalnız elektrikli avtomobilləri qeydiyyata almağı planlaşdırır, digər sürücülər üçün heç bir istisna olmayacaq.

Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu təkliflərin həm Avropa Parlamentində, həm də Aİ Şurasında təsdiqlənəcəyi aydın görünür.

Qəzetin yazdığına görə, Fransa Avropa Komissiyasının təklifini az qala birəbir həyata keçirməyi planlaşdırır. Bu o deməkdir ki, Aİ 2035-ci ildən sürərkən karbon qazı buraxan yeni minik və yüngül kommersiya avtomobillərinin qeydiyyatına icazə verməyəcək. Bunun üçün mövcud olan yeganə texnologiya elektrikli avtomobildir.

Bununla əlaqədar olaraq Avropa Avtomobil Təchizatçıları Assosiasiyası (CLEPA) Aİ-də yarım milyona qədər iş yerinin itiriləcəyini ehtimal edir.

Məsələ ilə bağlı səsvermənin çərşənbə günü keçiriləcəyi gözlənilir.

Mənbə: TASS