Efiopiya 2015-ci ilə daxil oldu

Efiopiya 2015-ci ilə daxil oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Efiopiya öz təqvim və zaman sistemindən istifadə edərək yeni 2015-ci ilə qədəm qoyub.

Son 2 ildə qarşıdurma və siyasi böhranla mübarizə aparan ölkədə siyasətçilər və dini liderlər Yeni il üçün sülh mesajları paylaşıblar.

Efioriyada “enkutata” adlanan ilin birinci günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab olunur.

Qeyd edək ki, Günəşə əsaslanan və Qriqorian təqvimindən 7 il 8 ay geri qalan Efiopiya təqvimi dini təqvim olmaqla yanaşı, dövləti tərəfindən bütün rəsmi işlərdə istifadə olunur. Fərqli vaxt sistemindən də istifadə edən Efiopiyada gün 00:00-da deyil, saat 06:00-da başlayır.

Yerli təqvimində ilk 12 ay 30 gündən ibarət olduğu halda, təqvimdə 12-ci aydan sonra 5-6 gündən ibarət 13-cü ay da var. Bu təqvimə görə, ölkə yeni ilə sentyabrın 11-i və ya 12-si daxil olur.

Mənbə: TRT