Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib

Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektrostansiyasının inşasını yekunlaşdırıb. Su üzərində inşa edilmiş günəş elektrostansiyasının bütün panellərinin ümumi gücü 320 meqavatt təşkil edir. Lakin o, dünyanın suda yerləşən ən böyük günəş elektrostansiyası statusunu özündə çox saxlaya bilməyəcək. Belə ki, gələn il Hindistanda 600 meqavatt gücə sahib bu cür günəş elektrostansiyası inşa ediləcək. 2024-cü ildə isə İndoneziyada 2.2 giqavatt gücündə günəş elektrostansiyası inşa ediləcək.

    Su üzərində olan sözügedən günəş elektrostansiyası 2.65 giqavatt gücə sahib kömür istilik elektrostansiyasına yaxın su hövzəsində yerləşir və 100 meqavatt gücündə olan külək elektrostansiyası ilə 8 meqavatt saat həcmli enerji saxlama sisteminə birləşdirilib. Bütün bu sistemlər HPI şirkətinə məxsusdur. Sözügedən sistemlər günəş və külək enerjisi üzrə vahid layihə şəklində reallaşdırılıblar.

Günəş elektrostansiyasının inşası iki mərhələdə reallaşdırılıb. İlkin mərhələdə ümumi 200 meqavatt gücə sahib panellər istifadəyə verilib. İkinci mərhələ çərçivəsində isə ümumi 120 meqavatt gücə sahib panellər istifadəyə verilib. İlkin mərhələ enerji saxlama sistemi ilə birlikdə 2020-ci ildə, ikinci mərhələ isə keçən ilin son rübündə yekunlaşmışdı. Gözləntilərə əsasən il ərzində sözügedən sistem ümumilikdə 550 milyon kilovatt saat elektrik enerjisi generasiya edə biləcək./technote