Yəmənin paytaxtı, Səna şəhərinin Əl-Səbin meydanında yüz minlərlə insanın iştirakı ilə, əziz İslam Peyğəmbəri Hz.Muhamməd (s)-in mübarək doğum günü izdihamlı şəkildə qeyd edildi. Ölkədə yaşanan problemlərə baxmayaraq, insanlar axın-axın Mövlud tədbirində iştirak etdilər.