Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb: Gürcüstan hansı yeri tutur?

Dünya ölkələrinin xoşbəxtlik indeksinin yeni hesabatı dərc edilib və  Finlandiya hələ də ən xoşbəxt ölkələr siyahısında birinci yerdədir. Artıq altıncı ildir ki, Finlandiya reytinqdə birinci yeri tutur!

Reytinqin hazırlanmasında, ömür uzunluğu, adambaşına düşən aylıq gəlir, sosial dəstək, korrupsiyanın aşağı səviyyəsi, insanların bir-birinə qayğı göstərdiyi cəmiyyətdə səxavət və həyati qərarlar vermək azadlığı’ kimi meyarlardan istifadə olunub.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan hesabat qlobal sorğu məlumatlarına əsaslanır. Ölkələrin xoşbəxtlik indeksi son üç ildə həyatın orta qiymətləndirilməsi əsasında müəyyən edilir.

Ən xoşbəxt ölkələrin siyahısı belədir:

1. Finlandiya

2. Danimarka

3. İslandiya

4. İsrail

5. Hollandiya

6. İsveç

7. Norveç

8. İsveçrə

9. Lüksemburq

10. Yeni Zelandiya

11. Avstriya

12. Avstraliya

13. Kanada

14. İrlandiya

15. Amerika Birləşmiş Ştatları

16. Almaniya

17. Belçika

18. Çexiya

19. Böyük Britaniya

20. Litva

untitled 46107

Gürcüstana gəlincə, ölkəmiz xoşbəxtlik indeksinə görə 90-cı yerdədir, Laos və Qvineya arasındadır.

saqartvelo 51310

Mənbə: cnn ; worldhappiness.report