Meksikanın qərbində yerləşən eyniadlı ştatın paytaxtı Kolima 2022-ci ildə dünyanın ən təhlükəli şəhəri olub.
Meksikanın “İctimai Təhlükəsizlik və Cinayət Mühakiməsi üzrə Mülki Şura” qeyri-hökumət təşkilatının ekspertləri son reytinqlərində belə qənaətə gəliblər.
Reytinqi tərtib edənlərin fikrincə, dünyanın ən təhlükəli 50 şəhərindən 17-si Meksikada, 10-u Braziliyada yerləşir.
ABŞ, Kolumbiya, Cənubi Afrika və Honduras ölkələri müvafiq olaraq 7, 6, 4 və 2 yaşayış məntəqələri ilə siyahıda təmsil olunub.
Avropa və Asiyanın böyük şəhərləri siyahıya daxil edilməyib./big