Dünyadakı müsəlmanların sayı 2 milyard nəfəri keçdi

Dünyadakı bütün müsəlmanların sayı 2 milyard nəfəri keçib.

 Beləliklə də, hazırda dünyada 2 006 931 770 nəfər İslam dininin ardıcılı var.

Artıq müsəlmanlar 8 milyard nəfərdən çox olan dünya əhalisinin 25%-dən çox hissəsini təşkil edir.

Hazırda dünyada sayca ən çox xristianlardır, daha sonra isə müsəlmanlardır.

“Pew Research Center”-in hələ 2017-ci ildə apardığı araşdırmaya əsasən, cari əsrin ikinci yarısında dünyadakı müsəlmanların sayı xristianların sayını keçəcək.

Digər mənbələrə görə, artıq 2035-ci il üçün dünyaya yeni göz açan uşaqlar arasında ən çox müsəlman ailələrin uşaqları olacaq./shafaqna