Dünyadakı kölələrin sayı açıqlandı

Dünyadakı kölələrin sayı açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sonuncu hesablamaların həyata keçirildiyi 2016-cı ildən bəri köləlikdə olanların sayı 9,3 milyon nəfər artıb.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son araşdırmasında deyilir.

Qeyd edilir ki, müasir dünyada köləlik – məcburi əmək hesab olunur. BƏT-in hesablamalarına görə, ən azı 27,6 milyon insan buna cəlb edilib və onlardan 3,3 milyonu uşaqlardır.

Bundan başqa, məcburi nikahlar da nəzərə alınıb, bu halda söhbət daha 22 milyon insandan gedir.

BƏT müəyyən edib ki, bütün məcburi əməyin yarıdan çoxu orta və ya yüksək gəlirli ölkələrdə həyata keçirilir. Eyni zamanda, COVID-19 pandemiyası, silahlı münaqişə və iqlim dəyişikliyi kimi böhranlar məşğulluq və təhsildə görünməmiş pozulmalara səbəb olub, ifrat yoxsulluğu və məcburi miqrasiyanı gücləndirib.

Mənbə: Lenta.ru