Dünyadakı kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı açıqlandı

Dünyadakı kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Avropa İttifaqı (Aİ) və müxtəlif qeyri-hökumət təşkilatlarının əməkdaşlığı  ilə hazırlanan  Qida Böhranına Qarşı Qlobal Şəbəkənin (GNAFC) illik hesabatını açıqlayıb.

“2022-ci ilin Qlobal Ərzaq Böhranı” başlıqlı hesabata görə, münaqişələr, ekstremal hava şəraiti və yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirləri səbəbindən 2021-ci ildə 53 ölkədə/regionda təxminən 193 milyon insan böhran və ya daha pis səviyyədə kəskin qida təhlükəsizliyi   ilə  üz-üzə  gəldi. Hesabatda  qeyd  edilir  ki,  2021-ci  ildə    kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı təxminən 193 milyon nəfərə çatıb ki, bu da 2020-ci ilə   müqayisədə təxminən 40 milyon artdığını göstərir. “Efiopiya, Cənubi Madaqaskar, Cənubi Sudan və Yəməndə olmaqla  570,000 nəfəri kəskin qida təhlükəsizliyi fəlakətinin zirvəsində yaşayır  ki  bunun  daha  da   artmasının  qarşısını   almaq  üçün  təcili  tədbirlərə  zərurət  vardır.

Hesata   görə  yüksək kəskin aclıqla mübarizə aparan ölkələr qida və kənd təsərrüfatı idxalına asılılıqları və qlobal ərzaq qiymətləri şoklarına qarşı   dözümsüz  olmaları   səbəbindən  Şərqi Avropada (Rusiya-Ukrayna) müharibə risklərinə qarşı müdafiəsizdirlər.

BMT-nin hesabatında  2021-ci  ildə   münaqişələr 24 ölkədə/regionda 139 milyon insanın, ekstremal hava şəraiti   isə    8 ölkədə/regionda 23 milyondan çox insanın,  iqtisadi sarsıntılar isə 21 ölkədə 30 milyondan çox insanın kəskin ərzaq təhlükəsizliyinin  səbəbləri   arasında   olduğuna  diqqət  çəkilib./shafaqna