Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.
Ay Yerə ən yaxın məsafədə – orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və bu gün saat 05:37-də Dolu (Tam) Ay fazasına keçib.
Ayın dünyanın müxtəlif ölkələrində lentə alınan görüntülərini təqdim edirik:
Qeyd edək ki, birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi.