DÖVLƏT QURUMU TƏRƏFİNDƏN ÇAP OLUNAN TƏQVİMDƏ ƏHLİBET İMAMLARININ TƏVƏLLÜD GÜNLƏRİ DƏ QEYD OLUNUBDUR

DÖVLƏT QURUMU TƏRƏFİNDƏN ÇAP OLUNAN TƏQVİMDƏ ƏHLİBET İMAMLARININ TƏVƏLLÜD GÜNLƏRİ DƏ QEYD OLUNUBDUR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Artıq səkkiz ildir ki, Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş təqvimlərdə digər dinlərin bayramları ilə bir yerdə İslam dininin müqəddəs günləri də yer almışdır. Qurban və Ramazan kimi böyük bayramlarla yanaşı Hz. Peyğəmbərin mövludu (s), Hz. İmam Əli (ə) və Hz. Xanım Zəhra (s.ə) Hz. İmam Həsən, İmam Hüseyn (ə) və Hz. Mehdinin (ə) təvəllüd günləri, Məbəs və Qədir-xum bayramları, Aşura və kandil gecələri qeyd olunubdur.
12 səhifədən ibarət iri həcmli təqvim dövlət müəssisələrinə, dini icmalara və təşkilatlara hədiyyə olunur.

Gürcüstan Müsəlmanları İdarəsinin bu il 10000 tirajda və (A2 formatda) çap etdiyi dini təqvimin üzərində isə Tbilisi Cümə məscidinin gecə görüntüsü əks olunubdur.