Parlament üzvləri “Ali təhsil haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda 76 səslə qəbul ediblər.
Təhsil və elm nazirinin müavini Valerian Qobronidzenin sözlərinə görə, 2022-2023-cü tədris ili üçün ali təhsil proqramı üzrə dövlət təhsil qrantının tam və qismən məbləğlərinin maksimum, orta və minimum məbləğlərinin müəyyən edilməsi məsələsi tənzimlənəcək.
Bundan əlavə, qanuna edilən dəyişikliklər dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinə Gürcüstan hökuməti ilə razılaşdırılmaqla, Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş dövlət təhsil qrantının tam məbləğindən fərqli ali təhsil proqramının dəyərini müəyyən etməyə imkan verir.
Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yayıb.