Dostların şəxsiyyətimizə təsiri

Dostların şəxsiyyətimizə təsiri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qurani-Kərim ümumi bir qanunda bütün möminləri dost və qardaş hesab edir. Möminlərin bir-birinə belə baxmasını gözləyir. Qurani-Kərim buyurur: “Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (Hücürat, 10).

Buna görə də bütün möminlər bir-biri ilə dost və qardaşdırlar. Dünya və axirət işlərində tərəqqi üçün bir-birlərinə kömək etməlidirlər.

İnsanın şəxsiyyətini təşkil edən amillərdən biri də həmnişin və dostudur. Çünki insan təsirlənir və düşüncələrinin, əxlaqi keyfiyyətlərinin mühüm hissəsini dostları vasitəsilə əldə edir. Qurani-Kərimin başqa bir ayəsində isə pis dostluq hallarından və onların çirkin xüsusiyyətlərindən bəhs edilir. Yalnız möminlərin bir-birinə yaxşı dost ola biləcəyindən vurğulanır: “(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (Sad, 24(.

Dost seçimində diqqətli olmamaq, bu dünyada zərər verməklə yanaşı, Qiyamət günü də peşmançılıq doğurar. Necə ki, Qurani-Kərim cəhənnəm əhlinin kəlamında buyurur: “Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim” (Furqan, 28). Qiyamət günü insanın peşmançılıqlarından biri də pis dost seçməkdir.

Günah və fitnə üzərində qurulan dostluqlar o gün düşmənçiliyə çevrilər. Çünki onların hər biri digərini öz bədbəxtlik və yoxsulluğuna səbəb hesab edir. Digər tərəfdən mömin və təqvalı insanlar var ki, onların dostluğu həm dünyada, həm də axirətdə bərəkət gətirir. Çünki onlarla dostluq və yoldaşlıq bərəkət və tərəqqi ilə doludur.