Dörd qollu və dörd ayaqlı olaraq dünyaya göz açdı

Dörd qollu və dörd ayaqlı olaraq dünyaya göz açdı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hindistanın Sadar xəstəxanasında baş verən doğum ölkədə gündəmə çevrilib. Doğuş zamanı dörd qolu və dörd ayağı olan bir körpə dünyaya gəldi. Hindlilər uşağı ilahi varlıq hesab edirlər.

Yanvarın 17-də Hindistanda Sadar xəstəxanasındaki doğum hadisəsi bütün ölkədə böyük səs-küyə səbəb olub. Dörd qolu və dörd ayağı ilə dünyaya gələn körpə bir anda məşhurlaşıb. Cinsiyyəti hələ açıqlanmayan körpənin dünyaya gəlməsini yerli əhali dini səbəblərlə əlaqələndirir.

Doğuşdan sonra körpəni müayinə edən həkimlər hamiləlik zamanı yaranan fəsadların körpənin dörd qol və dörd ayaqla dünyaya gəlməsinə səbəb olduğunu bildiriblər.

Dörd qollu və dörd ayaqlı olaraq dünyaya göz açdı

HINDU TANRISI KİMİ GÖRÜLMƏYƏ BAŞLANDI

Hindistanlılar isə uşağın doğulmasını ilahi səbəblərlə əlaqələndirirlər. Körpənin Tanrı Qaneşanın ruhunu daşıdığına inanan hindular, uşağın ilahi bir varlıq olduğunu da düşünürlər.

HƏDİYYƏLƏR TƏQDİM ETMƏYƏ BAŞLADILAR

Körpənin doğulduğu Sadar xəstəxanası qısa zamanda ziyarətçilərin axınına məruz qalıb. Bir çox insanlar özləri ilə gətirdikləri hədiyyələri körpəyə həsr edib, ailəsinə çatdırıblar. Dörd qolu və dörd ayağı olan körpəyə dünya mətbuatı da böyük maraq göstərməyə başlayıb.

Dörd qollu və dörd ayaqlı olaraq dünyaya göz açdı

Türkcədən çevirmə və redakte: Ramil Qəhrəmanov