Donuz ürəyinin ilk dəfə insana köçürülməsi əməliyyatının uğursuz olmasının mümkün səbəbi məlum olub

Donuz ürəyinin ilk dəfə insana köçürülməsi əməliyyatının uğursuz olmasının mümkün səbəbi məlum olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu ilin yanvar ayında David Bennett adlı 57 yaşlı amerikalı şəxsə dünyada ilk dəfə GMO (genetik modifikasiya edilmiş orqanizmdonuz ürəyi transplantasiya edilmişdi. İlk əvvəl bu əməliyyat uğurlu hesab edilsə də transplantasiyadan 2 ay sonra Bennett vəfat etdi. Alimlərin fikirlərinə əsasən bunun əsas səbəbi donuz virusu olmuş ola bilər. Qeyd etmək lazımdır ki, donuz ürəyinin ilk dəfə insana transplantasiya əməliyyatı 7 yanvar tarixində baş vermişdi. Donuz ürəyinin insan orqanizminə alışması üçün alimlər öncədən donuzda genetik dəyişikliklər reallaşdırmışdılar. Bu proses ilə Revivicor adlı biotexnoloji şirkət məşğul olmuşdu. Sözügedən şirkətin alimləri donuzun genomunda dəyişikliklər etmişdilər. İlkin vaxtlarda Bennett özünü yaxşı hiss etsə də, o, 8 mart tarixində vəfat etdi. GMO donuz ürəyinin transplantasiyası əməliyyatını keçirtmiş cərrah Bartley Griffith-in sözlərinə əsasən Bennett-in vəfat etməsinin səbəbi donuz sitameqalovirusu (SMV) olmuş ola bilər.

    Sözügedən virus donuzlarda tənəffüs və hamiləlik problemləri yaradır. Qeyd etmək lazımdır ki, daha öncə donuz ürəyinin babuinə transplantasiya edilməsi nəticəsində babuinin ölməsini də alimlər bu virus ilə əlaqələndirirdilər. “Əgər pasientin vəfat etməsinin səbəbi məhz budursa, biz çox güman ki, bu problemi gələcək transplantasiyalar çərçivəsində həll edə biləcəyik” – deyə Griffith qeyd edib. Alimlər donuz virusunun insan orqanizmində adaptasiya olaraq mümkün ölüm səbəbi olmasından çox narahatdırlar. Çünki bu hal heyvanların insanlar üçün donor rolunda çıxış etmələri imkanını təhlükə altına atır. Transplantasiya sahəsində fəaliyyət göstərən Jay Fishman adlı digər bir mütəxəssisin sözlərinə əsasən donuz sitomeqalovirusunun insanları yoluxdurmasının qeyri-mümkün olduğu düşünülür.

Lakin donuz orqanlarının babuinlərə transplantasiya edilməsi üzrə keçirilmiş əməliyyatlar onu göstəriblər ki, bu cür təhlükə həqiqətən də mövcuddur. Babuinlərə donuz böyrəkləri ilə ürəklərinin transplantasiyası üzrə reallaşdırılmş əməliyyatların çoxu uğursuz olmuşdu. Belə ki, donuz orqanlarında sözügedən virus mövcud idi. Lakin virusun olmadığı hallarda donuz orqanlarını əldə etmiş heyvanlar normal şəkildə 6 aya kimi yaşaya bilirdilər. Mütəxəssislərin fikirlərinə əsasən ən yüksək sitomeqalovirus miqdarı donuzun məhz ürəyində mövcuddur. Çox güman ki, bu, donuzun immun sisteminin dəyişməsi ilə əlaqəlidir. Alimlər belə nəticəyə gəliblər ki, bu virusa yoluxmuş donuz ürəyini əldə etmiş şəxs uzun müddət yaşaya bilməz./technote