DİNİ KURSLARDA OXUYAN 250 ŞAGİRD ARASINDA YARIŞ KEÇİRİLİB(Foto)

Bu gün Tbilisi Cümə məscidinin kitabxanasında, Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində, Dmanisnin Qarabulağ və Saqareconun Əyrəm kənd məscidlərində din kurslarında oxuyan azyaşlı şagirdlər arasında dini bilgilər mövzusunda “Səmavi hədiyyələr 6 və 7 cild” olimpiada – yarış təşkil olunub. Test və yazılı üslubda keçirilən artıq 24-cü sınaq imtahanında Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən ümumilikdə 250 seçilmiş, istedadlı şagird suallara cavab verməklə dini bilgilərini sınayıblar.
Yarışın qalibləri Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.