DİNİ İCMA TƏMSİLÇİLƏRİ ARASINDA KEÇİRİLƏN ŞAHMAT YARIŞINDA MÜSƏLMANLAR QALİB OLUB

DİNİ İCMA TƏMSİLÇİLƏRİ ARASINDA KEÇİRİLƏN ŞAHMAT YARIŞINDA MÜSƏLMANLAR QALİB OLUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

16-17 iyun tarixlərində Tbilisi Şahmat Sarayında Dini Məsələlər üzrə Dövlət Agentliyinin və Gürcüstan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dini icmalar arasında şahmat üzrə yarış keçirilib.
12 komanda arasında keçirilən yarışda hər dini icmanı 4 şəxs təmsil edərək oyunlara qatılmışdır.
İsveçrə sistemi üzrə keçirilən yarışda Gürcüstan Müsəlmanları İdarəsinin 4 nəfərdən ibarət komandası 1-ci, İncil inancı kilsəsi 2-ci, Gürcü Pravoslav Kilsəsi isə 3-cü olublar.
Gənclərin şahmat oynuna cəlb olunması məqsədi ilə keçirilən yarışın sonunda qaliblərə müxtəlif mükafatlar təqdim olunub.
Müsəlman icmasını təmsil edən Anil Kərəmov, Günel Kərəmova, Bejan Şavadze və Ziya Şavadze qalib olublar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze və Tbilisi Cümə məscidinin imamı Şirxan Çobanov qaliblərlə görüşərək onlara mükfafatlar təqdim etmiş, uğurlar diləmişlər.
Qeyd edək ki, qalib təmsilçilərimiz keçirilən 7 oyunda 6 qalibiyyət, 1 heç-heçə ilə turniri başa vurmuşlar.