DİN MÜƏLLİMƏLƏRİ ÜÇÜN EKSKURSİYA TƏŞKİL OLUNUB– Foto

DİN MÜƏLLİMƏLƏRİ ÜÇÜN EKSKURSİYA TƏŞKİL OLUNUB– Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən gün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınları İcmasının üzvləri qərb bölgəsinin iki şəhərində ekskursiyada olublar.
Din müəllimələri öncə ölkəmizin tarixi güşələrindən biri olan Axalçixidəki qədim qalanı və burada olan tarixi Əhmədiyyə məscidini ziyarət ediblər. (Məscid indi Rabat adlanır.)
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin Axalçixidəki nümayəndəliyində olub Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və bölgə müftisi ilə görüşüblər. Günün ikinci yarısı isə faydalı suyu və təbiəti ilə tanınan Borjomidə səyahətdə olublar.
Qeyd edək ki, artıq neçə ildir ki, bu proqram ildə bir dəfə təşkil olunmaqdadır. Ötən illərdə Batumi, Siqnaği şəhərləri də daxil olmaqla bəzi bölgələrə ekskursiyalar təşkil olunub.