Danimarka: “Quranı təhqir etmək utancvericidir”

Danimarka Xarici İşlər Nazirliyi Quranı təhqir etməyi qınamağa layiq olan utancverici hərəkət adlandırıb.

 Danimarka Xarici İşlər Nazirliyi müqəddəs kitabların və dini simvolların təhqir edilməsini pisləyib və bu hərəkəti qınamağa layiq olan utancverici hərəkət kimi qiymətləndirib.

Danimarkanın bu nazirliyi bəyan edib ki, biz Qurani-Kərimin və müqəddəs mətnlərin yandırılmasını və digər dini simvolların təhqir olunmasını pisləyirik.

Danimarka bu hərəkətin utancverici və digər dinlərə qarşı təhqiramiz olduğunu, bir çox insanların hisslərini oyatdığını, müxtəlif dinlər və mədəniyyətlər arasında uçurum yaratdığını vurğulayıb.

Danimarka Xarici İşlər Nazirliyi, din azadlığına hörmət etdiyinə diqqət çəkib və əlavə edib ki, vətəndaşlarının çoxu İslamı qəbul edir və müsəlmanlar ölkə vətəndaşlarının mühüm bir hissəsidir.

Qeyd edək ki, cümə günü, iyulun 21-də Danimarkada bir qrup İraqın bu ölkədəki səfirliyi qarşısında Qurani-Kərimi təhqir edib və bu hadisə İslam dünyasında geniş reaksiya və etiraza səbəb olub./iqna