Covid Sertifikatı ilə xaricə səyahət etməzdən əvvəl nələrə diqqət etməlisiniz

Covid Sertifikatı ilə xaricə səyahət etməzdən əvvəl nələrə diqqət etməlisiniz

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstan da 49 ölkənin üzv olduğu Ümumi Rəqəmsal Pasport Sahəsinə qoşulub. Gürcüstan vətəndaşları indi 27 Aİ və 22 qeyri-Aİ ölkəsinə yalnız rəqəmsal Covid sertifikatı və Gürcüstanda verilmiş Covid pasport ilə səyahət edə bilər, – bu barədə Gürcüstan hökumətinin rəsmi məlumatında deyilir.

Hökumət administrasiyasının məlumatında izah edildiyi kimi, rəqəmsal Covid sertifikatından istifadə etmək üçün vətəndaşlar App Store-dan Georgia e-Health appliksiyasını yükləməli və sadə qeydiyyatdan keçməlidirlər.

Applikasiyada şəxsin statusu (peyvənd, test və covid keçirmə) haqqında məlumat göstərilir.

“Vətəndaş hər hansı səbəbdən rəqəmsal kovid sertifikatı üçün tələb olunan applikasiyanı yükləyə bilmirsə, o, Ədliyyə Evinə müraciət etməli və kovid kartı almalıdır. Əgər vətəndaş noyabrın 17-dək kovid kartı alıbsa, onu yeniləmək lazımdır.

İstənilən halda, xaricə səfər etməzdən əvvəl şəxs Gürcüstan Xarici İşlər Nazirliyinin internet saytından bu və ya digər ölkənin Gürcüstan vətəndaşlarına hansı siyasət/qaydaların tətbiq edildiyini yoxlamalıdır”, – deyə hökumət administrasiyasının rəsmi məlumatında deyilir./1tv