CO2-nin havadan yığılması üzrə dünyanın ən böyük zavodu istifadəyə verilib (VİDEO)

CO2-nin havadan yığılması üzrə dünyanın ən böyük zavodu istifadəyə verilib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Havadan CO2 qazının yığılması üzrə İslandiyada dünyanın ən böyük zavodu istifadəyə verilib. Gözləntilərə əsasən bu zavod il ərzində havadan 4000 ton CO2 qazını yığaraq onu neytrallaşdıracaq. Zavodu istifadəyə vermiş Climeworks şirkətinin ilk planı 2025-ci ilə kimi 300 milyon ton CO2 qazının yığılması idi. Bu isə bütün dünya üzrə CO2 ifrazının 1%-ni təşkil edir. Lakin İslandiyada istifadəyə verilmiş Orca adlı zavod daha diqqətə layiq nəticələr sərgiləyir.

2021-ci ilin yekunu üzrə gözləntilərə əsasən sözügedən zavodun il ərzində CO2 yığımı 4000 tona çatacaq. 2030-cu ilə kimi isə bu göstərici il ərzində 500.000 ton ola bilər. Bu zavodun iş prosesinə havadan CO2 qazının yığılması və onun Carbflix adlı maye ilə birləşməsidir. Mütəxəssislərin sözlərinə əsasən bu üsul ilə CO2 ətraf mühitdən tamamilə aradan qaldırılacaq. Beləliklə sözügedən zavod insanların ekologiyaya təsirlərini aşağı salacaq.

Qeyd etmək lazımdır ki, Climeworks şirkəti təkcə ətraf mühitin qorunması məsələsinə görə bu işlə məşğul deyil. Məsələ burasındadır ki, böyük şirkətlər üçün zərərli qaz ifrazının 1 ton üçün qiyməti 600$, kiçik startaplar üçün isə 1200$ təşkil edir. Climeworks şirkəti bu məsələdə kvotaların satılmasını planlaşdırır. 2030-cu ilə kimi isə kompensasiya qiyməti 300$-a endiriləcək. Sözügedən zavod artıq bir sıra ekoloqlarda suallar yaradıb. Onların fikirlərinə əsasən zərərli qaz ifrazının aşağı salınmasının yerinə böyük şirkətlər Climeworks və ona bənzər digər layihələrdən sadəcə olaraq kvotalar alacaqlar./technote