Çinli alimlər yeraltı Ay bazası layihəsini hazırlayıblar

Çinli alimlər yeraltı Ay bazası layihəsini hazırlayıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    Çinin Harbin Texnologiya İnstitutunun alimləri Ayda ilk Çin bazası layihəsini təqdim ediblər. Sözügedən Ay bazası 2035-ci ilə qədər inşa edilməlidir. Plana əsasən Çinin Aydakı bazası lava mağaralarında yerləşəcək. Sözügedən mağaralar isə öz növbələrində astronavtları Günəş və kosmik şüalanmasından və həmçinin Ay səthində olan ani temperatur dəyişikliklərindən qoruyacaqlar. Yer kürəsində də rast gəlinən yeraltı mağaralar (və ya lava mağaralar) həmçinin Ay səthində də geniş yayılıb.

    Bu cür yeraltı tunellər uzaq keçmişdə Ay səthindəki vulkan püskürmələri nəticəsində yaranıb. Həmin proses çərçivəsində xarici Ay lavasının bərkidiyi bir vaxtda, onun qalan hissəsi özündən sonra mağaralara bənzəyən boşluqlar buraxıb. Sözügedən yeraltı mağaralar bir neçə km uzunluğa və 10-larla km enə sahib ola bilirlər. Alimlərin sözlərinə əsasən həmin mağaralar Ay bazasının qurulması üçün yetəri qədər boş yerə sahibdirlər.

Çinli alimlər yeraltı Ay bazası layihəsini hazırlayıblar

    “Bu yeraltı tunellər Ayın Cənub qütbündə bazanın yaradılması ideyasının alternativi ola bilər. Düşünülür ki, Ayın Cənub qütbündə buz şəklində olan su mövcuddur və orda bazanın yaradılması əlverişli olmaya bilər. Belə ki, digər ölkələr də həmin yerdə öz bazalarını yaratmaq istəyəcəklər. Digər tərəfdən buz şəklində olan suyun əldə olunması çox mürəkkəb proses ola bilər” – deyə Harbin Texnologiya İnstitutunun mütəxəssislərindən biri Pan Wente qeyd edib. Çinin Aydakı ilk yeraltı bazası “Laurel Tree” (“Dəfnə Ağacı”) adını əldə edib və hələ ki, layihələşdirmə prosesinin ilk mərhələsindədir. Yeraltı baza ibarət olacaq:

-Ay səthində piramida formalı konstruksiyadan. Həmin konstruksiya bazaya giriş və çıxışı təmin edəcək

– Bazanın idarəetmə sisteminin və yeraltı konstruksiyanın digər hissələri ilə birləşdirici dəhlizlərin yerləşəcəkləri əsas şaquli yerdən

– Çalışma və yaşayış üçün yerlərdən. Həmin yerlər bazanın əsas hissəsinə birləşik şəkildə olacaqlar.

    Pan Wente-nin sözlərinə əsasən bazanın bütün tərkib hissələrini asanlıqla Ayda reallaşdırmaq mümkün olacaq. Baza konstruksiyasının bərkidilməsi üçün alimlər Aydakı torpaq və Yer kürəsindən çatdırılacaq əlavələrin qarışdırılması nəticəsində yaradılacaq beton qarışığından istifadəni təklif ediblər. Çin son illərdə öz kosmik proqramının inkişafını və o cümlədən Ayın incələnmə tempini sürətləndirib. Çin həmçinin yaxın illərdə Ayın Cənub Qütbünə xüsusi aparatların göndərilməsini də planlaşdırır. Həmin aparatların əsas məqsədləri Cənub qütbündə buz şəklində yerləşən suyun incələnməsi olacaq./technote