Çin Əfqanıstanın hakim Talibanı ilə, neft hasilatı müqaviləsini imzaladı.
Razılaşmaya əsasən, Çin neft-qaz şirkəti Mərkəzi Asiyanın ən mühüm çaylarından biri olan Amudərya hövzəsindən neft hasil etməyə başlayacaq.
Söhbət 4500 kvadrat kilometr ərazisi olan ərazidən gedir. Bu, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ölkə ilə imzalanan ilk beynəlxalq müqavilədir.
Qeyd olunasıdır ki, Taliban hakimiyyətə gəldikdən sonra, ABŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq etdi, beynəlxalq aktivləri ələ keçirdi və humanitar yardımını kəsdi, buna görə də ölkə aclıq astanasındadır./1tv