Çin şirkəti robotu baş direktor təyin etdi

Çin şirkəti robotu baş direktor təyin etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mobil proqramlar və onlayn oyunlar hazırlayan Çinin “NetDragon Websoft” İT şirkəti baş direktor vəzifəsinə Tanq Yu adlı robotu təyin edib.

Bununla da o, rəsmi olaraq müdir kürsüsündə əyləşən dünyanın ilk robotu olub.

Robotun özü, texniki xüsusiyyətləri və xarici görünüşü haqqında mediada çox az məlumat var. Məlumdur ki, Tanq Yu süni intellektə malikdir. O, insanabənzər robot hesab olunur.

Çin şirkəti robotun bütün işçilərin fəaliyyətinə qərəzsiz və ədalətli qiymət verə biləcəyinə inanır./oxu