Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəkildə planetin səthinə eniş edə bilib. Təəssüflər olsun ki, Çinin Kosmik Agentliyi eniş prosesini əks etdirən foto və ya videonu hələ təqdim etməyib. Kosmik aparat 1976-cı ildə NASA-nın Viking-2 eniş modulunun endiyi əraziyə yaxın məsafədə eniş edib. Məlum olan odur ki, enişdən sonra Tianwen-1 eniş modulu açılacaq və Zhurong adlı 6 təkərli aparat işə düşəcək. Zhurong adlı sözügedən aparat günəş panelləri, kameralar, çoxlu sayda ötürücü və sensor ilə təchiz olunub. Bütün bunlar ona Marsın iqlimi ilə geoloji özəlliklərini incələməkdə yardımçı olacaqlar. Beləliklə Çinin Kosmik Agentliyi (CNSA) NASA-dan sonra Mars səthinə uğurla aparat enişini reallaşdırmış ikinci kosmik agentlik oldu.

Kosmik aparatın Mars səthinə enişinin kompüter modelləşdirilməsi:

Tianwen-1

Zhurong adlı aparat:

Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

technote.az