Çin 150 milyon km radiuslu radarın inşasına başlayır

Çin 150 milyon km radiuslu radarın inşasına başlayır

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Çində dünyanın ən uzaq mənzilli radiolokasiya stansiyasının tikintisinə başlanılıb.

Onun vasitəsilə 150 milyon km məsafədəki obyektləri aşkar etmək mümkün olacaq ki, bu da Yerdən Günəşədək olan məsafəyə bərabərdir.

Çuunçin bələdiyyəsində yerləşən “China Fuyan” adlı obyekt Yerə uzaq məsafələrdə təhlükəli asteroidləri aşkar etmək üçün nəzərdə tutulub. Lakin o, eyni zamanda planetə Ay kimi daha yaxın olan cisimləri, peykləri və hərbi raketləri də görə biləcək.

Radar diametri 25-30 metr olan 20-dən çox paylanmış antenlərdən ibarət olacaq. Layihəyə Pekin Texnologiya İnstitutu rəhbərlik edir.

Mənbə: gazeta.ru