Çikaqonun yeni merinin andiçmə mərasimində Quran tilavəti

Çikaqonun yeni meri Brandon Consonun andiçmə mərasimi ilk dəfə Qurani-Kərimdən ayələrin oxunması ilə müşayiət olunub.

Əl-Əzhər təşkilatının nümayəndəsi və Çikaqoda yerləşən Məkkə İslam Mərkəzinin direktoru Şeyx Həsən Əli bu mərasimdə Qurani-Kərimdən bir neçə ayə tilavət etdi. Həmçinin sonra İslamda və bütün dinlədə ədalət, sülh və bərabərliyin əhəmiyyəti haqqında qısa çıxış etdi. Bu çıxış Çikaqonun yeni merinin çıxışından əvvəl olub.

Açılış mərasimində şəhər şurasının bütün üzvləri və İllinoys ştatının məhkəmə, qanunverici və icra orqanlarının üzvləri iştirak edirdilər. Andiçmə Baş hakim, ştatın baş prokuroru, federal hökumət üzvləri və inzibati və vergi qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilib./iqna