Chrome brauzeri 2 yeni faydalı funksiya əldə edəcək

Chrome brauzeri 2 yeni faydalı funksiya əldə edəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Yaxın zamanda Chrome brauzerində istifadəyə veriləcək 2 yeni faydalı funksiya barəsində məlumatlar internetdə ortaya çıxıb. İstifadəyə veriləcək birinci funksiya mətnləri stilus vasitəsilə yazmağa üstünlük verən istifadəçilərin işlərini asanlaşdırmaq, ikinci funksiya isə kompüterdə brauzer vasitəsilə daxil olunan müxtəlif istifadəçi hesablarının şifrələrinin təhlükəsizliklərini yüksəltmək üçün nəzərdə tutulub. Beləliklə verilmiş məlumata əsasən Google və Samsung birgə şəkildə mobil Chrome-un Android 13 versiyasında əl yazısının tanınması və təyin edilməsi funksiyası üzərində çalışırlar. Bu cür funksiya S Pen dəstəkli cihazlarda reallaşdırılacaq.

    Funksiya hətta uyğun smartfonlarda Android 13-ün beta versiyasında artıq aktivdir. Bundan əlavə olaraq Chrome tərtibatçıları kənar proqram təminatlarından istifadə etmədən  brauzer daxilində yaradılan şifrələrin etibarlılıq səviyyələrini yoxlayacaq alqoritmi hazırlayırlar. Beləliklə yeni şifrələrin yaradılması və ya mövcud olan şifrələrin yeniləri ilə əvəz edilməsi halında brauzer daxilindəki xüsusi vidjet istifadəçi tərəfindən qeyd edilən şifrə kombinasiyasının nə dərəcədə qəliz olduğunu əks etdirəcək. Bu üsul ilə istifadəçi vidjet tərəfindən təqdim ediləcək vizual indikator sayəsində daha qəliz şifrələr yarada biləcək. Bu funksiya WindowsmacOSLinuxChromeOSFuchsiaOS və Lacros əməliyyat sistemləri vasitəsilə çalışan kompüterlərdə reallaşdırılacaq./technote