Cənubi Koreyada 80 ilin ən güclü leysanı: Ölən və itkin düşənlər var - FOTO/VİDEO

Cənubi Koreyada 80 ilin ən güclü leysanı: Ölən və itkin düşənlər var – FOTO/VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cənubi Koreyanın paytaxtı Seulda və ona bitişik ərazilərdə son 80 ilin ən güclü leysanı nəticəsində yeddi nəfər həlak olub, daha altı nəfər itkin düşüb. Bundan başqa, doqquz nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Leysan səbəbindən dəmiryolu əlaqəsi kəsilib, bir neçə metro stansiyası su altında qalıb, yollar bağlanıb.

Cənubi Koreyanın Meşə Xidməti ölkə üzrə 47 şəhər və rayon üçün sürüşmə xəbərdarlığı edib.