BÜZDÜM SÜMÜYÜ VƏ SON DİRİLİŞ

Öldükdən sonra dirilməyi inkar edən kəslər iddia edirlər ki, insan ölüb torpağa çevrildikdən sonra bir daha dirilməyəcəkdir. Belə bir iddianı əlbəttə ki, ağlında qüsur olan kəs edə bilər. Çünki hər bir ağıl sahibi özünün yoxluqdan olan yaradılışına nəzər salsa dərk edər ki, əvvəlcədən yaradılmış bir şeyi ikinci dəfə yenidən yaratmaq daha asandır.

Öldükdən sonra bir daha dirilməyə aid çoxlu dəlil və sübutlar vardır. Bu sübutlardan biri də peyğəmbərimizin (s) ın ağılları heyran edən möhtəşəm hədisləridir.
[1/8 20:21] +995 593 78 43 51: إنَّ في الإنْسانِ عَظْمًا لا تَأْكُلُهُ الأرْضُ أبَدًا، فيه يُرَكَّبُ يَومَ القِيامَةِ قالُوا أيُّ عَظْمٍ هُوَ؟ يا رَسولَ اللهِ، قالَ: عَجْبُ الذَّنَبِ
“Həqiqətən də, insanda bir sümük vardır ki, yer onu heç bir zaman yeməyəcəkdir və Qiyamət günü də insan ondan yaradılacaqdır”. Dedilər: “Ey Allahın Rəsulu, o, hansı sümükdür?” O dedi: “Büzdüm sümüyüdür”.
Uca Allahın insan cismində yaratdığı büzdüm sümüyü əcaib bir orqandır. Bu orqan onurğa sütununun sonunda yerləşən kiçik bir hissəcikdir.

buzdum sumuyu ve son dirilis 1

    Büzdüm sümüyünün görünüş forması

 

Həqiqətən də, alimlər kəşf ediblər ki, insanın bütün əzaları ana bətnində ilk olaraq büzdüm sümüyünün içindəki lentdən yaranır və bundan sonra isə həmin büzdüm sümüyü onurğa sümüyünün ən sonunda qərarlaşır.

 

buzdum sumuyu ve son dirilis 2

Büzdüm sümüyünün içindəki lentin nümunəvi görüntüsü

Alimlər insanın büzdüm sümüyünü sınaqdan keçirərək radiasiya, təzyiq, əzmək, istilik və s. kimi ən güclü təsirlərə məruz qoysalar da büzdüm sümüyü bütün sərt şəraitlərə dözərək öz möhkəmliyində və tərkibində qalmışdır.
Embriologiya üzrə Alman alimi Hans Speman tədqiqat aparmaq məqsədi ilə heyvanın büzdüm sümüyündən üç həftəlik lenti götürərək digər üç həftəlik rüşeymin içində yerləşdirir və həmin lentin də inkişaf etdiyini görür. O, lenti qaynadıb əzdikdən sonra yenə də rüşeymin içinə əkir və onun məhv olmayıb yenidən inkişaf etdiyini görür. Beləliklə, o, insanın məhz bu büzdüm sümüyündən yarandığını kəşf edir və “rüşeym inkişafında nizamlayıcının rolunun kəşfinə görə” 1935-ci ildə Nobel mükafatına layiq görülür.
2003-cü ildə Yəmən alimləri 5 ədəd qoyunun büzdüm sümüklərini qaz tapançası ilə on dəqiqə yandırıb qıp-qırmızı etdikdən sonra yandığına əmin olub qap-qara kömürə çevrilmiş büzdüm sümüyünü ən böyük labarotoriyada yoxlayırlar. İçindəki lentin bu qədər təzyiqlərdən sonra yenə də diri olduğunun açıq-aydın şahidi olurlar.
Digər bir təcrübədə isə alimlər insanın büzdüm sümüyündə mövcud olan və DNT adlanan genetik maddəni sınaqdan keçirmək qərarına gələrək onu kameranın içərisində olan bir boruya yerləşdirərək bu nümunəni kometa ilə Yer kürəsinin toqquşması nəticəsində baş verə biləcək partlayışa bənzər bir partlayışa məruz qoyurlar. Hansi ki, Yer kürəsi yalnız milyon illər əvvəl yarandığı ilk zamanlarda bu cür partlayışlara məruz qalmışdı.
Beləliklə, bu genetik maddə ən yüksək təzyiqlərə, hərarətə və şüalara məruz qaldıqdan sonra ortaya çıxan nəticə heyrətamiz idi. Belə ki, bu maddə bunların heç birindən təsirlənməmişdi! Cüzi dəyişikliklərə uğrasa da öz xüsusiyyətlərini və tərkibini saxlamışdı.
İngiltərəli Professor Konrad Hal Vaddington (1905-1975) araşdırma aparmaq üçün 1933-cü ildə ördəyin lentini dovşanın rüşeymində əkir və həmin lentin birinci dovşan rüşeymilə bərabər ikinci rüşeym olaraq ördək kimi inkişaf etdiyini görür. Aydın olur ki, büzdüm sümüyündə yerləşən bu maddə ilk mərhələlərində digər rüşeymə köçürülərsə, lent götürülən birinci canlının xilqətini də ala bilir.

buzdum sumuyu ve son dirilis 3

    Büzdüm sümüyünün lentinin digər bir    canlının rüşeymində əkilməsilə ikinci      canlının da inkişafının nümunəvi görüntüsü.

İsveçrəli alim Valter Jakob Gehrinq (1939-2014) ilə digər alimlər 1983-cü ildə büzdüm sümüyünün içindəki “homoebox” adlanan maddənin tərkibini ev milçəyi üzərində tədqiqat apararaq kəşf edirlər. Bu kəşfdən sonra alimlər tək insanlarda deyil, bütün canlılarda rüşeymin yaradılmasında məsul rolu oynayan büzdüm sümüyünün geninin funkisyalarını öyrənmiş olurlar.

Bu yeni kəşflərdən 1400 il öncə Allah-Təala heyvanların da yaradılış və s. kimi bir çox şeylərdə insanlara bənzəməsi barədə buyurmuşdur:

﴿ وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ ۚ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ ﴾

“Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar”.

(“əl-Ənam” surəsi, 38-ci ayə)

Amerikalı Professor Masyu Scot büzdüm sümüyündəki maddənin tərkibini kəşf edərək deyir ki, “homeobox” adlanan gen proteinlərdən ibarətdir və rüşeymin əzalarının yaradılması üçün hüceyrələrə nəzarət edərək təlimatlar göndərir.

Edvard Luis milçək üzərində həmin genlərin funksiyalarını öyrənmək üçün təcrübələr və tədqiqatlar aparır. Beləliklə, bu kəşfə görə də amerikalı Edvard Luis, Erik Vişhaus və almaniyalı Kristina Nüsslayn Volhard “erkən rüşeym inkişafında genetik nəzarətə dair kəşflərinə görə” 1995-ci ildə Nobel mükafatına layiq görülürlər.

Həmçinin alimlər “homoebox” geninin təkcə insan və heyvanlarda deyil, hətta bitkilərdə də olduğunu və onların da yaradılış tənzimləyicisinin ilk olaraq bir nöqtədə olduğunu kəşf ediblər.

buzdum sumuyu ve son dirilis 4

     İnsanlarla bitkilərin yaradılışının           oxşarlığının nümunəvi görüntüsü

Bu kəşfdən də 1400 il öncə Uca Allah insanların yaradılışını və inkişafını bitkilərin yaradılışına və inkişafına bənzədərək buyurmuşdur:

﴿ وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴾

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə çıxardırıq. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. (Bu misalları çəkirik ki,) bəlkə, düşünüb ibrət alasınız”.

(“əl-Əraf” surəsi, 57-ci ayə)

Yuxarıda saydığımız bir neçə incə və dəqiq elmi həqiqəti alimlər yalnız XX əsrdə ortaya çıxardıblar. Məhəmmədin (Allahın ona salavat və salamı olsun) əlində lazımi tədqiqat avadanlıqları olmadan bütün bunları dəqiqliyi ilə bilməsi həqiqətən də onun Allah tərəfindən göndərilən həqiqi peyğəmbər olmasına dəlalət edir./quranmocuzeleri.