Bütün islami binaların dağıdılması, ekstremist hinduların məqsədidir

Bütün islami binaların dağıdılması, ekstremist hinduların məqsədidir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Narendra Modinin hökuməti vəzifəyə gəldikdən sonra hindu ekstremist qrupları daha çox cəsarət tapıblar. Yerli hökumətlərin dəstəyi və məhkəmələrin müsəlman məscidlərinə qarşı hökmü ilə məscidlərin mikrafonları və islami hicab, İslam təzahürləri, hətta gözəl və tarixi Tac Mahal binasını da dağıtmaq istəyirlər. Onlar iddia edirlər ki, bütün Hindistan məscidləri məbədlər üzərində tikilib və sökülməlidir.

Hazırda ən böyük təhlükə Varanasidə bir neçə yüz il yaşı olan Qyanvapi məscidinə yönəlib. Bu şəhər hindular üçün çox müqəddəsdir. Bu arada hindular keçən həftə iddia ediblər ki, məsciddə aparılan gizli qazıntılar ərazidə hind tanrısı Şivanın simvolu olan Şivalinqanın qalıqlarının aşkar edildiyini göstərib.

Tac Mahalın sökülməsi hindu ekstremistləri üçün indi sadəcə bir arzu olaraq qalsa da, məscidlər və digər islami binalar dağıdılma təhlükəsi ilə üz-üzədir.