Bütün elmlər Qurandanmı əldə edilir?

Bütün elmlər Qurandanmı əldə edilir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qum Elmi Hövzəsinin ustadı Ayətullah Əbul-Qasim Əlidust Qurani-Kərimin Təfsiri dərsinin 24-cü dövrəsində deyib:

Sual olunur ki, bütün elimlər və biliklər Quranda varmı? Quranda bu suala aid ayələr var. O cümlədən, “biz bu kitabda heç bir şey qoymamışıq qalsın” (Ənam, ayə 38). “Bu kitabda bütün quru və yaşlar qeyd olunmuşdur” (Ənam, ayə 59).

Amma “mübin kitab” (aşkar kitab) dedikdə nə nəzərdə tutulur? Bəziləri ehtimal veriblər ki, bu kitabdan məqsəd təbiət kitabıdır. Yeri gəlmişkən, bu barədə bəzi başqa ayələrdə də bəhs edilib. Əgər belə olarsa, yəni təbiətdəki canlılar öz kamilliyinə çatarlar. O zaman o ayə də bu ayə kimi başa düşüləcək ki, buyurur: “Rəbbinin ətası əsla qadağan olunmamışdır” (İsra, ayə 20).

Amma əgər kitabdan məqsəd həmin Qurandırsa, o zaman sual yaranır ki, hər şey Quranda vardırmı? Bəziləri deyiblər ki, ayəni Quranın missiyasına, yəni bəndələri doğru yola yönəltməsi əsasında təfsir edilməlidir. Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində Quranın hidayət kitabı olduğunu və hidayət istiqamətində heç bir şeyi unutmadığını söyləyir. Məsələn, siz fiqh kitabı haqqında deyirsiniz ki, nə istəyirsiniz bu kitabda var, amma fiqhlə bağlı məsələləri nəzərdə tutursunuz, başqa elmlərlə bağlı deyil.

Bugünkü dərsin mahiyyəti beş prinsipdən ibarətdir:

  • Buna heç bir şübhəmiz yoxdur ki, Quranın zahiri gözəl, batini dərindir. Onun qəribəlikləri aradan getmir və bitmir. Qaranlıq Qurandan başqa bir şeyin vasitəsi ilə aradan getmir”.
  • Dünya ilə elm arasında uyğunluq qurulmayana qədər, onlar tam başa düşülməyəcək. Biz alimlərik və Quran öyrənilməlidir. Quranı anlayacağımız həddə çatmalıyıq. Hər kəs bacardığı qədər Quranı anlayır.
  • Quran üzərində təfəkkür edən insan qismətsiz qalmaz.
  • Bəzən Quranla münasibətdə insan bir mətləblər əldə edir ki, onların qədrini bilməlidir. Amma bəzi məsələləri Qurandan çıxarmaqda israr etməməlidir.
  • Biz təfsirin prinsiplərinə riayət etməliyik ki, Qurana aid etdiyimizi müdafiə edə bilək.