Bu meyvələr qaraciyərə zərər verir

Həkimlər qaraciyərə zərər verən meyvələri açıqlayıblar.

Həddindən artıq miqdarda şirin meyvənin qaraciyər üçün çox zərərli olduğu ortaya çıxıb.

Bəzi meyvələr qaraciyərə zərər verə bilər və hətta bir sıra təhlükəli xəstəliklərin inkişafına səbəb ola bilər. Meyvələr çox miqdarda fruktoza və qlükozadan ibarətdir. Bu da yağlı qaraciyər xəstəliyinə səbəb ola bilər. Bu maddələr müxtəlif meyvələrdə müxtəlif miqdarda və birləşmələrdə olur. Məsələn, almada çoxlu fruktoza var, ərikdə isə qlükoza var. Buna görə də insan alma və ya armudun zərərsiz olduğunu düşünərək müntəzəm olaraq çox miqdarda istehlak edir.