Bu heyvanlar cinayət əməllərinə görə edam edilib

1789-cu ildə Fransada Monarxiyanın süqutu nəticəsində Cümhuriyyət dövrü qurulur. Cümhuriyyət dövrünün qurulmasından 3 il sonra Paris küçələrində bir tutuquşu “Yaşasın kral” deyə qışqırır. Paris camaatı quşu tutaraq hakimiyyətə təhvil verir. Dövlət rəsmiləri tutuquşunu əksinqilab cinayəti ilə məhkəməyə verirlər. Məhkəmə tutuquşunu inqilabi şüarları təbliğ etməsinə görə, haqqında edam cəzasına qərar verir. Qərara görə, tutuquşu gilyotinlə edam olunmalı idi. Lakin edam cəzasına qədər tutuquşunun hökümət lehinə şüarları əzbərləməsi onu edamdan xilas edib.

1906-cı ildə isə İsveçrədə iki oğru bir itlə birlikdə bir adamın qarşısını kəsiblər. Oğrular kişinin bütün pulunu alıblar və iddialarına görə, it də kişiyə hücüm edib. Kişi itin bu hücumu nəticəsində qan itkisindən ölüb. Oğrular qısa müddətdə tutularaq məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə oğrular itin adamı öldürdüyünü iddia edərək yalnız oğurluqda mühakimə olunmalarını tələb ediblər. Məhkəmə tələblərini haqlı görərək onlara yalnız oğurluğa görə cəza veriblər. İt qəsdən adam öldürməyə görə edam edilib.
Yenə 1864-cü ildə Avropada baş verən hadisədə bir hadisədə bu dəfə qatil arılar oldu. Gənc oğlanı küçədə gedərkən arı sancıb və xəstələnib. İddialara görə, gəncin arılara qarşı allergiyası olub. Düzgün müalicə olunmadığına görə, qısa müddət ərzində dünyasını dəyişib. Gəncin ailəsi arılardan şikayət edib. Hadisə ilə bağlı hakimiyyət orqanları araşdırmalara başlanılıb. Məhkəmənin təyin etdiyi məmurlar arının hansı pətəkdən gəldiyini müəyyən ediblər. Məhkəmənin qərarı ilə bu pətəkdəki arılara ölüm hökmü çıxarılıb. Bütün pətəkdəki arılar isə boğularaq öldürülüb.

Osmanlı donanmasında meymanlar gəmilərdə gözətçi kimi istifadə olunurdu. Meymunlar İstanbulda ev heyvanı kimi saxlamağa başlayanda, bir qrup şəxs bundan narahat olub. Qrupun başında İmam Əbdülkərim Əfəndi idi. Əbdülkərim Əfəndi cümə xütbəsində qeyri-müsəlmanların cinsi əlaqədə meymunlardan istifadə etdiyini iddia edərək camaatı ayağa qaldırıb. Bununla da, büyün meymun dükanlarına basqın edilib və meymunlar ağacdan asılıb./big